Tripoli həbsxanasında 100-ə yaxın məhkum qaçdı
16 Oktyabr 2012 Çərşənbə Axşamı 03:44
Qaçış zamanı atışma olub, həbsxananın ərazisində alov və tüstü görünüb.
Lviyanın paytaxtı Tripolidəki həbsxanalardan birində kütləvi qaçış olub. ANS PRESS İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ərəb telekanalları yayıblar. “Əl Cadida” cəzaçəkmə müəssisəsinin 100-ə yaxın məhkumu artıq azadlıqdadır.

Təhlükəsizlik qüvvələri məhkumları axtarır. Son məlumatlara görə, qaçan məhkumlardan 64-ü yaxalanıb.

Şahidlər bildiriblər ki, qaçış zamanı atışma olub. Həbsxananın ərazisində alov və tüstü görünüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar