Bir il əvvəl kişidən qadına çevrilən Anna Qrodska parlamentə seçilib.
Polşa parlamentinin üzvlərinə transseksual Anna Qrodska da qoşulub. Cinsini dəyişməzdən əvvəl onun adı Krestov Beqovski olub.
Anna Qrodskanı Polşa parlamentinin iclasında yeni həmkarları alqışlarla qarşılayıblar. “Bu, simvolik andır. Bunlar mənim yox, məni seçənlərin xidmətidir. Onlar müasir Polşanı müxtəlifliyə açıq, insanların fərqlərinə rəğmən özlərini rahat hiss etdiyi ölkə kimi görmək istəyiblər”, - transseksual deputat deyib.
57 yaşlı Anna Qrodska əvvəllər evli olub, övladı var. O, il yarım əvvəl Taylandda əməliyyat yolu ilə cinsini dəyişdirib.
Anna Qrodska ilk iclasda hömoseksualların hüquqları uğrunda mübarizə aparan Robert Byedronla yanaşı otulub. Onların hər ikisi “Palikot hərəkatı” partiyasının üzvləridirlər. Partiyanın əsas məqsədlərindən biri mavilərə də hamı kimi eyni hüquqların verilməsi, abortun qadağan olunması, kilsənin siyasətdən ayrılmasıdır.