Toyuq ayaqları iki ölkənin münasibətlərini poza bilər
10 Yanvar 2010 Bazar 13:45
Toyuq ayaqları iki ölkənin münasibətlərini poza bilər. ABŞ Rusiyanı hədələyir.
ABŞ-nın kənd təsərrüfatı naziri Tom Vilsak hesab edir ki, Rusiyaya xlorla emal edilmiş toyuq ətinin ixracının qadağan edilməsi Vaşinqtonla Moskva arasında olan münasibətlərə mənfi təsir edə bilər.
Amerika kənd təsərrüfatı naziri ümid etdiyi bildirib ki, yanvarın 17-də Moskvaya danışıqlar aparmağa yola düşəcək nümayəndə heyəti məsələnin müsbət həll olunmasına nail olacaq.

Xatırladaq ki, iki ölkə arasında yaranmış qalmaqala səbəb, rəsmi Moskvanın Birləşmiş Ştatların istehsal etdiyi quş ətinə qadağa qoymasıdır.
Rusiyanın idxala nəzərət və baş dövlət sanitar idarəsi Amerikadan gətirilən quş ətlərinin həddindən artıq xlorla təmizlənməsinə etiraz edir.

ABŞ tərəfi Rusiya tərəfinin xlorun istifadəsini beş milyonda bir hissəyədək azaltmaq tələbini əsassız adlandırıb. Amerikalı ekspertlər hesab edirlər ki, bu tələb ABŞ-ın quş fabriklərində istifadə olan xlor miqdarından on dəfə azdır.

Rusiyanın idxala nəzarət idarəsi bildirib ki, xlorun suda quş ətini soyutmaq üçün istifadə olunması insan orqanizminə mənfi təsir edə biləcək birləşmələrinin əmələ gəlməsinə səbəb olur. Amerika tərəfi isə quş ətinin dezinfeksiyasının artıq 25 ildir ki davam etdirildiyini və bu mikrobioloji riskləri azaltmaq üçün ümumdünya səhiyyə təşkilatı və başqa beynəlxalq qurumlar tərəfindən təsdiq olunduğunu deyir.

Qeyd edək ki, Avropa Birliyinin qanunlarına görə, heyvan mənşəli qida məhsullarının təmizlənməsində içməli su və başqa istənilən vasitədən istifadə qadağan edilib. Elə bu səbəbdən Avropa Birliyinə ABŞ-dan quş əti idxalı qadağan olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar