Toyda qız evi oğlan evinə 15 milyon avro başlıq verdi
10 İyul 2011 Bazar 18:45
Azərbaycan əslli iş adamı Telman İsmayılova aid “Mardan Palace” hotelində 5 gün 5 gecə toy olub.
Türkiyənin Antalya şəhərində Azərbaycan əslli iş adamı Telman İsmayılova aid “Mardan Palace” hotelində 5 gün 5 gecə toy olub. Evlənənlər hindistanlı iş adamları Bansal və Kanodia ailələrinin övladları Dipak və Payaldır.
Bəy Dipak toyun olduğu məkana atla, gəlin Payal isə xüsusi bir qolf avtomobili ilə aparılıb. Bəyin qohumları isə toyun olduğu yerə qədər olan 250 metrlik məsafəni oynayaraq 2.5 saata qət edib.
Qeyd edək ki, 5 milyon dollar olan toy məsrəfini qız evi qarşılayıb. Bundan başqa qız evi Hindistan ənənələrinə görə, oğlan evinə 15 milyon avro başlıq verib. Toyda 140 nəfər türk, 30 nəfər hindistanlı olmaqla 170 aşpaz yemək hazırlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: