"Total" İrana yanacaq tədarükünü bərpa etmək istəyir
03 İyul 2010 Şənbə 19:55
Şirkət rəhbərliyi müttəfiqlərin qərarından narazıdır
İrana neft məhsullarının tədarükünə dair qadağaların tətbiq edilməsi səhv addımdır. Bunu Fransanın iri neft şirkətlərindən olan “Total”ın rəhbəri Kristofer de Marjeri deyib.

“Eks-an-Provans” iqtisadi forumunda iştirak edən Marjeri “Total”ın İrana neft məhsullarının tədarükünü dayandırdığına dair məlumat verib. Onu sözlərinə görə, müvafiq qərar ABŞ və Avropa Birlyinin İrana qarşı iyunun 9-da qəbul etdiyi qadağalarla əlaqədar həyata keçirilir.

“Lakin mən bunun səhv qərar olduğunu hesab edirəm. Neft məhsullarının tədarük edilməsinə dair embarqo qoyulması siyasi xarakterli münaqişələrin nizamlanmasına xidmət edə bilməz. Bu cür hallar sadə insanlara təsir edir. “Total” ilk imkan əldə edən kimi İrana neft məhsullarının tədarükünü bərpa edəcək”,-deyə Marjeri bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar