Torpaq sürüşməsi 4 nəfərin ölümünə səbəb olub
19 İyun 2011 Bazar 17:28
Gürcüstanda baş vermiş hadisə nəticəsində restoran torpaq altında qalıb.
Gürcüstanın Şərq-Qərb bölgələrini birləşdirən Rikoti aşırımı ərazisində güclü yağış nəticəsində torpaq sürüşməsi baş verib, sel mərkəzi yolun 40 metrlik sahəsini sıradan çıxarıb. Torpaq axını “Rikoti” restoranını altına alıb, 4 nəfər ölüb. Bir neçə avtomobil sel suları altında qalıb.

Gürcüstanın baş naziri Nika Gilauri, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili hadisə yerində olub. Baş nazir bildirib ki, təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün lazımi texnika və canlı qüvvə səfərbər olunub, 2-3 günə nəqliyyatın hərəkəti tam bərpa ediləcək.

Güclü yağış və dolu ölkənin Xaşuri, Duşeti rayon mərkəzlərinə, Surami qəsəbəsinə də ciddi ziyan vurub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar