Torpağın altnda 700 nəfər sağ insan çıxarıldı
12 Avqust 2009 Çərşənbə 10:10
Torpağın altnda 700 nəfər sağ insan çıxarıldı. Xilas olanların xəritədən silinən Kaohsiung qəsəbəsinin Hsiao Lin kəndindən olduğu qeyd edilir

«Morakot» tayfunu nəticəsində Tayvanın dağlıq hissəsində torpaq altında qaldığı güman edilən 700 nəfərin sağ olaraq tapıldığı bildirilir. 23 milyonluq Tayvan adasının cənubundakı dağlıq 4 kənddin 700 sakini qasırğadan bir qədər əvvəl yüksək yerə çıxaraq sağ qala biliblər. Onların gecə axtarışlar nəticəsində tapıldığı bildirilir. Səlahiyyətlilər çox sayda insanın hələ də itkin düşdüyünü bildirir.

Xilas olanlardan 200-nün hadisə nəticəsində xəritədən silinən Kaohsiung qəsəbəsinin Hsiao Lin kəndindən olduğu qeyd edilir. Yerli medianın xəbərinə görə, xilasetmə qruplarından birinin rəhbəri bildirib ki, xilasetmə işləri ancaq vertolyotlarla aparılacaq.

Cənub-Şərqi Asiyanı təsiri altına alan «Morakot» qasırğası və «Etau» tropik fırtınası yüzdən çox insanın həyatına son qoyub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar