Toni Bleyerə qarşı şok ittiham
29 May 2012 Çərşənbə Axşamı 09:00
Etirazçı Böyük Britaniyanın sabiq baş nazirinin məhkum olunmasını tələb edib.
London Ədalət Məhkəməsində media etikasıyla bağlı keçmiş baş nazir Toni Bleyerin məhkəmə dindirmələri getdiyi bir arada naməlum etirazçı təhlükəsizlik xidmətinin qoruduğu dəhlizdən xəlvətcə zala daxil olaraq, ucadan keçmiş nazirin ünvanına ittihamlar irəli sürüb.
“Bu insan müharibə cinayətlərinə görə məhkum olunmalıdır. CiPi Morqan şirkəti ona İraq müharibəsinə görə küllü miqdarda pul ödəyib. İraqın işğalından 3 ay keçər keçməz onlar İraq Bankını 20 milyarda nəzarətə aldılar. Sonra ona hər il buna görə 6 milyon dollar pul ödəyirdilər. 6 aydan sonra isə hakimiyyətdən getdi. Bu insan əsl müharibə cinayətkarıdır”, - deyə etirazçı bildirib.
Təhlükəsizlik xidməti etirazçını uzaqlaşdırsa da, hakim daxil olmaqla zalda olanlar bir anlıq şoka düşüb. Hakim Lord Leveson etirazçının təhlükəsiz dəhlizdən zala hansı yolla girdiyini araşdırmağa söz verib. Toni Bleyer isə ifadəsini davam etdirməzdən əvvəl ona qarşı ünvanlanan ittihamları qəti şəkildə rədd edib. Keçmiş baş nazir CİPİ Morqan şirkəti ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.
DOSTLARINLA PAYLAŞ: