Toni Bleyer Qərb ölkələrini İrana qarşı müharibəyə səsləyib
23 Yanvar 2011 Bazar 11:10
Keçmiş baş nazir Toni Bleyer öz fikrini Tehranın “gizli oyun” oynaması ilə əsaslandırıb.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer dünən açıq bəyanatla çıxış edib. ANS PRESS-in “DebkaFile” agentliyinə istinadən verdiyi xəbərə görə, o Qərb ölkələrini İran problemini yeri gələrsə hərbi variantdan istifadə etməklə həll etməyə çağırıb.
Bleyer hərbi əməliyyatlara real baxmaq zərurətinə əminliyini hansı ölkədə baş verməsindən asılı olmayaraq keçirdiyi bütün Yaxın Şərq görüşlərində daima Tehranın “gizli oyun” oynadığını görməsi ilə əsaslandırıb. O bildirib ki, İran bir tərəfdən nüvə silahı hazırlayır, digər tərəfdən isə terror təşkilatlarını dəstəkləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: