Toni Bleyer hər gün Quran oxuyur
14 İyun 2011 Çərşənbə Axşamı 04:32
"Qismən dünyada olan hadisələri analiz etmək, böyük ölçüdə öyrədici olduğu üçün hər gün Quran oxuyuram"
Vəzifəsindən ayrıldıqdan sonra protestant məzhəbindən katolikliyə keçən İngiltərənin sabiq baş naziri Toni Bleyer hər gün Qurani Kərim oxuduğunu açıqlayıb. Sabiq baş nazir bunun dini məlumatların çoxalması üçün əhəmiyyətli olduğunu deyib: “Hesab edirəm ki, qloballaşan dünyada dinlər mövzusunda məlumatlı olmaq böyük əhəmiyyət kəsb edir. Qismən dünyada olan hadisələri analiz etmək, böyük ölçüdə öyrədici olduğu üçün hər gün Quran oxuyuram”.
Xatırladaq ki, daha əvvəl İslam inancını yüksək qiyçətləndirən Bleyer İslam peyğəmbəri həzrəti Muhammədin (ƏS) “Böyük mədəniləşdirici güc” olduğunu demişdi.
DOSTLARINLA PAYLAŞ: