Toni Bleyer 6 saat ifadə verdi
29 Yanvar 2010 Cümə 21:45
Toni Bleyer İraqın işğal qərarını müdafiə edib
İngiltərənin keçmiş baş naziri Toni Bleyer İraqın işğalı qərarı ilə bağlı ilk dəfə ictimaiyyət qarşısında ifadə verib. 6 saat ərzində İraq Təhqiqat Komissiyası qarşısında tər tökən Bleyer işğal qərarını müdafiə edib. “O zaman əldə olunan məlumatlar və şərtlər daxilində hərbi müdaxilə labüd idi”,-deyə eks baş nazir bildirib.
Bleyr təhqiqat dönəmində hələ ki, dinlənilən ən yüksək rütbəli şəxs hesab olunur. ABŞ-ın İraqın işğalı ilə bağlı verdiyi qərarı dəstəkləyən Bleyer verdiyi qərarı müdafiə etmək üçün bu gün İraq Təhqiqat Komissiyasının iclasına gəlib. Toplantı mərkəzinə 2 saat öncə gələn Bleyer nümayişçilərlə qarşılaşmamaq üçün binanın arxa qapısından içəri daxil olub.
Bleyerə 6 saat müddətində İraq siyasəti və İraq müharibəsinə başlanılması barədə suallar verilib.
İşğal öncəsi Buş administrasiyası ilə müharibənin səbəbləri barədə zaman-zaman fikir ayrılığı yaşandığını etiraf edən Bleyer bilirib ki, kütləvi qırğın silahı əldə etmək niyyətində olan bir rejim qarşısında hərəkətə keçməkdən başqa yol yox idi.
Eks baş nazir qeyd edib ki, 11 sentyabr hadisələrindən sonra Səddam Hüseyn rejiminin təhdidləri ilə bağlı risk edə bilməzdik. Bleyer “bu cür təhdidlər bu gün də var” deyərək söhbəti tez-tez İran mövzusuna cəlb edib.
Bleyer ifadə verərkən binanın önündə isə müharibə əleyhdarları və İraqda həlak olan 179 ingilis əsgərinin yaxınları nümayiş keçiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: