Şənbə günü oğul Bleyer türk qızı ilə ailə həyatı quracaq.
Bu həftənin şənbə günü İngiltərənin sabiq baş naziri Toni Bleyerin böyük oğlu Yuan Bleyer ailə həyatı quracaq. ANSPRESS “Doğan” agentliyinə istinadən xəbər verir ki, Bleyer ailəsi Türkiyə ilə qohum olacaq. Belə ki, Yuanın ailə quracağı qız Türkiyənin sabiq dövlət naziri və paytaxt Ankaranın keçmiş bələdiyyə sədri Mehmet Altınsoyun nəvəsidir.
İngiltərə mətbuatı bu xəbəri, “Bleyerin həqiqi varisi gəlir” başlığı ilə yayıb.
Yuan Bleyer və Süzanna Aşman cütlüyünün toyu Toni Bleyerin 2008-ci ildə 4 milyon funt-sterlinqə (4 milyon 898 400 azn) aldığı “South Pavilion” malikanəsində baş tuttacaq.