Tokio yaxınlığında zəlzələ baş verib
10 Aprel 2011 Bazar 05:55
5 bal gücündə yeraltı təkanların nəticələri ilə bağlı məlumat yoxdur.
Bazar günü səhər saatlarında Sakit okeanda, Tokio yaxınlığında 5 bal gücündə zəlzələ baş verib. Rusiya Elmlər Akademiyasının Geofizika Xidməçtinin məlumatına görə, yeraltı təkanların ocağı 60 kilometr dərinlikdə olub. Zəlzələ yerli vaxtla saat 06.23-də (Bakı vaxtı ilə saat 02.23) qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Tokiodan 26 kilometr qərbdə və Yokohamadan 44 kilometr şimal-qərbdə yerləşib. Təbii fəlakətin nəticələri ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, ötən gün Yaponiyada onlarla zəlzələ baş verib. Onlardan ən güclü 6,3 bal gücündə olub və Küsü adasında qeydə alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar