Titanik gəmisinin ən gənc sakini vəfat etdi
02 İyun 2009 Çərşənbə Axşamı 03:15
Gəmi qəzaya uğrayanda 2 aylıq olan Milvina Din 97 yaşında İngiltərədə ölüb

"Titanik" gəmisinin ən gənc sakini də vəfat edib. ANS PRESS, "İhlas" agentliyinə istinadən xəbər verir ki, İngiltərənin cənub əyalətlərindən birindəki qocalar evində vəfat edən 97 yaşlı Milvina Din gəmi qəzaya uğrayanda 2 aylıq olub. Anası və qardaşı da xilas olsa da, onun 27 yaşlı atası bu qəzanın qurbanı olub.
Xatırldaq ki, 1912-ci ildə İngiltərədən Amerikaya gedən və 2240 sərnişini olan “Titanik” gəmisi aysberqə çırpılaraq qəzaya uğramış, nəticədə 1517 nəfər həlak olmuşdu.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar