Tina Kayedanu Ermənistan müxalifəti ilə görüşüb
30 Aprel 2011 Şənbə 01:21
Levon Ter-Petrosyan: “Növbədənkənar seçkilərin keçirilməsi tələb yerinə yetirildikdən sonra hakimiyyətlə dialoq mümkündür”.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə müavini Tina Kaydenau ilə görüşüb. Ermənistan KİV-inin məlumatına görə, görüş zamanı ölkədəki siyasi və sosial-iqtisadi böhrandan çıxış yolları müzakirə edilib. Müxalifət lideri bildirib ki, Erməni Milli Konqresinin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı tələbi yerinə yetirildikdən sonra hakimiyyətlə dialon mümkündür.
Bundan başqa, ABŞ rəsmisi ilə müxalifət liderinin görüşündə Ermənistandakı genişmiqyaslı korrupsiyanın qarşısının alınması yolları, kriminal-oliqarx sisteminin demontajı, kiçik və orta bizneç üçün şəraitin yaradılması, kəndlilərin vəziyyətinin yaxşılaşdırılması, fövqəladə templə artaq miqrasiya problemləri müzakirə edilib.
Tərəflər Dağlıq Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərinin perspektivlərinə də toxunublar.
Görüşdə ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç, Erməni Milli Konqresinin nümayəndələri Levon Zurabyan və Avetis Avakyan iştirak edib.
Qeyd edək ki, Tina Kaydenau ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: