Tina Kaydenau İrəvandadır
29 Aprel 2011 Cümə 00:35
Erməni ekspert: “ABŞ yayda hərbi əməliyyatların bərpası ehtimalının qarşılısına almağa cəhd edir”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydenaunun Ermənistana səfəri başlayıb. O, ötən axşam Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə regional və beynəlxalq xarakterli bir sıra məsələlər müzakirə edilib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanası ətrafında da fikir mübadiləsi aparıblar. Tina Kaydenau bildirib ki, Birləşmiş Ştatlar bölgədə sülhün bərqərar olması istiqamətində Ermənistanla əməkdaşlığı davam etdirəcək.

ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, Dövlət Departamentinin rəsmisinin Ermənistan prezidenti Serj Sarkisyanla, eləcə də siyasi qüvvələrin liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, regional məsələlər, o cümlədən, demokratiya, insan hüquqları sahəsindəki vəziyyət müzakirə ediləcək.

Ekspertlər hesab edirlər ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən blkənin nümayəndəsi kimi Tina Kaydenaunun müzakirə edəcəyi məsələlər arsında əsas yeri Datğlıq Qarabağ münaqişəsitutacaq. Regional araşdırmalar Mərkəzinin direktoru, Riçard Kirokasyan “Azatutyun” (“Azadlıq”) radiosuna bildirib ki, son vaxtlar Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki iştirakını fəallaşdırıb. Politoloqun fikrincə, yüksək rütbəli amerikalı diplomatın bölgəyə səfəri ilə eyni vaxtda ABŞ dövlət katibinin müavini Uilyam Bernsin Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməsi də bunun sübutudur. Riçard Kirokasyan hesab edir ki, bu, ABŞ-ın yayda hərbi əməliyyatları bərpası ehtimalının qarşısının alınmasına yönəlmiş cəhdidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar