Timşenko prezdentliyə namizədliyini irəli sürəcək
07 İyun 2009 Bazar 23:20
Baş nazir prezident olarsa, Ukraynanı Avropa ölkəsinə çevirəcəyini bildirib

 

Ukrayna baş naziri Yuliya Timoşenko ölkə prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.

"Mən prezident seçkilərinə gedirəm və udacam... Mən inanıram ki, Ukrayna siyasəti təmiz və vicdanlı olacaq. Mən inanıram və bilirəm ki, Ukrayna arzulanan kimi gözəl bir Avropa ölkəsi olacaq", - deyə Timoşenko bu gün Ukrayna televiziyasının efirində bildirib.

Ukraynada prezident seçkiləri 2009-cu ilin sonlarında - 2010-cu ilin əvvəllərində keçiriləcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar