Timoşenkoya ərindən zərbə
06 Yanvar 2012 Cümə 15:39
Ukraynanın sabiq baş nazirinin həyat yoldaşı Çexiyadan sığınacaq istəyib.
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenko Çexiya Respublikasından sığınacaq istəyib. Bu barədə kütləvi informasiya vasitələri yazıb.

Xatırladaq ki, Yuliya Timoşenko oktyabr ayında Ukraynanın Peçorsk məhkəməsində 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham edilərək azadlıqdan məhrum edilib. 7 il həbs cəzasına məhkum edilmiş Yuliya Timoşenkonun başqa iş üzrə təkrar həbs qərarını isə dekabrın 8-də Kiyevin Şevçenko rayon məhkəməsi çıxarmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar