Timoşenko ilə Yanukoviçin sonuncu "döyüşü"
07 Fevral 2010 Bazar 10:45
Bu gün Ukraynada prezident seçkilərinin ikinci turuna start verilib
Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir.

İkinci turda hazırkı baş nazir Yuliya Timoşenko və müxalifətçi Regionlar Partiyasının lideri Viktor Yanukoviç üz-üzə gələcəklər.

Yanvarın 17-də keçirilmiş birinci turda onlar müvafiq olaraq 25, 05 və 35, 32 faiz səs toplamışdılar.

Seçkilərin ikinci turunu işıqlandırmaq üçün Ukrayna Mərkəzi Seçki Komissiyasında 1026 jurnalist qeydiyyatdan keçib.

Qeyd edək ki, seçkilərin birinci turundan sonra ölkədə vəziyyət gərginləşib. Viktor Yanukoviç və Yuliya Timoşenko biri-birinə qarşı sərt ittihamlarla çıxış edir. Hər iki düşərgə seçkiləri saxtalaşdırmaq cəhdlərində ittiham edilir.

ATƏT-in Ukraynadakı nümayəndəsi Joao Soares hər iki namizədin tərəfdarlarını sakitliyə çağırıb. O bildirib ki, səs toplamayacaq namizəd məğlubiyyətini etiraf etməlidir. Soares bildiriib ki, bir namizədin öz məğlubiyyəti ilə barışması demokratiya üçün normal haldır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar