Timoşenko futbolun müdafiəsinə qalxdı
11 Dekabr 2009 Cümə 17:45
Timoşenko Viktor Yuşşenkonu fikrindən döndərməyə çalışır
Ukrayna baş naziri Yuliya Timoşenko ümid edir ki, ölkənin dörd şəhəri - Kiyev, Donetsk, Lvov və Xarkovun futbol üzrə Avropa çempionatı 2012-nin oyunlarını qəbul etməsinə dair UEFA-nın qərarından sonra Viktor Yuşşenko Avro-2012-nin maliyyələşməsinə dair qanuna qoyduğu vetonu geri götürəcək.
"Mən inanıram ki, Ukraynanın bu qələbəsindən sonra prezident Avro-2012-nin maliyyələşməsinə dair qanunu vetodan azad edəcək. Çünki indidən maliyyə problemindən danışmaq yersizdir. Əksinə Ukraynanın Avro-2012-yə hazırlığı üçün bütün yolları açmaq lazımdır", - deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: