Time jurnalı Roma papasına buynuz qoydu
22 İyul 2013 Bazar Ertəsi 22:55
Jurnal öz 29 iyul tarixli sayının üz qabığına Roma papası Fransiskin şəklini çıxarıb.
“Time” jurnalı öz 29 iyul tarixli sayının üz qabığına Roma papası Fransiskin şəklini çıxarıb. ANS PRESS «El Mundo» qəzetinə istinadən bildirir ki, bu, pontifikin Braziliyaya ilk apostol səfəri ilə bağlıdır. Şəkilin üzərində Roma papasının artan nüfuzu nəzərə alınaraq “Xalq papası” yazılıb. Amma qəzetin əməkdaşlarının diqqətini bu, yox başqa detal çəkib. Məsələ bundadır ki, Fransiskin başı “Time”ın adındakı “M” hərfinin bir hissəsini qapadır. Nəticədə papanın başında iki ədəd qırmızı buynuz yaranıb. “El Mundo” bunun təsadüfi olmadığını düşünür və “Time” jurnalının məkri sayır.
DOSTLARINLA PAYLAŞ: