“Time” jurnalı Mark Sükerberqi ilin adımı seçdi
16 Dekabr 2010 Cümə Axşamı 06:55
Mark Sükerberqə qədər siyahıda daha 8 nəfər, habelə çilili şaxtaçılar və amerikalı işsizlər vardı
“Time” jurnalı virtual səsvermə yolu ilə keçirdiyi qalmaqallı ilin adamı sorğusunu yekunlaşdırıb. Jurnal rəhbərliyi sorğu siyahısının 10 pilləsində olan “Facebook”un qurucusu 26 yaşlı Mark Sükerberqi ilin adamı seçdi. Jurnalın şef-redaktoru Riçard Stenqel “NBC” telekanalına verdiyi açıqlamada Mark Sükerberqi 2010-cu ilin adamı seçdiklərini deyib.

Qeyd edək ki, sorğu keçirilən siyahıda ilk pilləni Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tutub. Daha sonra “Wikileaks” saytında dünya gündəmini məşğul edən açıqlamalar yayan Culian Assanc populyarlığı ələ keçirərək baş nazir Ərdoğanı arxada qoymuşdu.

Xatırladaq ki, Mark Sükerberqə qədər siyahıda daha 8 nəfər, habelə çilili şaxtaçılar və amerikalı işsizlər vardı:

1. Culian Assanc
2. Rəcəb Tayyib Ərdoğan
3. Leydi Qaqa
4. Con Stuart və Stiven Kolbert
5. Qlen Bek
6. Barak Obama
7. Stiv Cobs
8. Çilili mədən işçiləri
9. Amerikalı işsizlər
10. Mark Sükerberq


DOSTLARINLA PAYLAŞ:

oyunlar