Time jurnalı ilin adamını seçdi
19 Dekabr 2012 Çərşənbə 17:33
Bu, ABŞ prezidenti Barak Obamadır.
Dünyaca məşhur "Time" jurnalı ABŞ Prezidenti, ötən ay bu vəzifəyə təkrar seçilmiş Barak Obamanı 2012-ci ilin adamı elan edib. Bu adı qazanmaq uğrunda “mübarizə aparan” namizədlər sırasında Bill və Hillari Klintonlar, Misir prezidenti Məhəmməd Mursi, "Yahoo!" şirkətinin Baş direktoru Marissa Mayer və digər adlar var idi. Artıq 85 ildir ki, verilən bu adı ötən bütün dünyada baş verən etiraz aksiyaları ilə bağlı “Etirazçı” obrazı qazanmışdı.

Xatırladaq ki, ötən həftə "Time" jurnalının oxucuları arasında keçirilən sorğuda Şimali Koreya lideri Kim Çen In “İlin adamı” adına layiq görülmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar