Time jurnalı İlin adamı adını açıqlayıb
14 Dekabr 2011 Çərşənbə 19:40
ABŞ-ın nüfuzlu “Time” jurnalı öz versiyası üzrə “İlin adamı”nın adını açıqlayıb.
APA-nın məlumatına görə, jurnalın redaksiyası qərara alıb ki, 2011-ci ilin adamı genişmiqyaslı etirazçı kütlə olmalıdır. Çünki məhz hakimiyyətdən narazı insan dünyanın inkişafına böyük töhfə verib.

“Time” jurnalı bu kontekstdə Məhəmməd Buazizinin adını xüsusi qeyd edir. Tunisdə xalq etirazları məhz onun - əvvəllər heç kimin tanımadığı tərəvəz satıcısının özünü yandırmasından sonra başlayıb. Sonradan inqilab dalğası Misir, Liviya və Yəmənə sıçrayaraq diktatorların devrilməsi ilə nəticələnib, hazırda xalq demokratik hərəkatları Suriya, Bəhreyn və digər ölkələrdə davam edir.

Jurnal Avropa ölkələrində və ABŞ-da bu il günlərlə davam edən etiraz aksiyalarını da xatırladıb.

Qeyd edək ki, “İlin adamı” onlayn-səsverməsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Lakin jurnal “İlin adamı”nı seçmək hüququnu özündə saxlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar