"Time" 2011-ci ilin ən nüfuzlu şəxslərinin adlarını açıqlandı
22 Aprel 2011 Cümə 11:15
Onlar sizə çox tanışdır
Amerikanın “Time” gündəlik dərgisi 2011-ci ilin ən nüfuzlu şəxslərinin siyahısını tərtib edib. Siyahı "Time”in internet səhifəsində də yerləşdirilib.
Siyahıya Misir inqilabının koordiantoru Vael Qonim, ABŞ prezidenti Barak Obama, onun həyat yoldaşı Mişel Obama, dövlət katibi Hillari Klinton, məşhur teleaparıcı Opra Uinfri, ifaçılar Castin Biber və Stinq daxil edib.
“Time” hesab edir ki, hazırda dünyanın ən nüfuzlu siyasətçiləri Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanın baş naziri Devid Kemerondur. Ən maraqlısı isə budur ki, 2011-ci ilin nüfuzlu şəxslərinin siyahısına hər zamankından fərqli olaraq bu dəfə nə Rusiya prezidenti Dmitri Medvedev, nə də baş nazir Vladimir Putin düşməyib.
İdman sahəsindən “Time”ın 100-lüyünə “Böyük dəbilqə” seriyasının son iki turnirinin qalibi, belçikalı tennisçi Kim Kleysters, eləcə də məşhur argentinalı futbolçu Lionel Messi də dünya nüfuzluları cərgəsinə daxil edilib.
Artıq 8-ci dəfə tərtib edilən siyahıda “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq və “WikiLeaks”in yaradıcısı Culian Assanj da var.
Qeyd edək ki, Misir inqliabının koordiantoru Vael Qonimə gəlincə qeyd edək ki, o, bu ölkənin keşmiş prezidenti Hüsnü Mübarəkə qarşı çıxış edirdi. Müxalifətə qoşulduğunu və bütün Misir camaatını küçələrə axışması üçün hətta "Facebook”da bu məqsədlə xüsusi səhifə yaratdığını etiraf edən Qonim 12 sutkalığına həbs edilir. Vael azadlığa buraxıldıqdan sonra dünyanın məşhur telekanallarında müsahibə vermək üçün kütləvi şəkildə dəvətlər alır. Bu ilin yanvar ayından isə internet-axtarış nəhəngi “Google”un Yaxın Şərq bölməsinin top-meneceri kimi fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: