İyunun 3-ü Tiflisin şəhərətrafı Vaziani qəsəbəsində “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən NATO təlimləri başa çatır. Bu barədə "Gruzia Online" məlumat verib.
NATO təlimləri mayın 6-sı başlayıb və iki mərhələ keçib. Birinci mərhələdə NATO prosedurları və briqada səviyyəsində böhran vəziyyətinin idarə olunmasının öyrənilməsi nəzərdə idi. Bu mərhələdə 200 hərbçi iştirak edib. İkinci mərhələdə isə çoxmillətli qüvvələrin sülhməramlı əməliyyatlara hazırlanması nəzərdə tutullmuşdu. Bu təlimdə təxminən min hərbçi iştirak edib.
Təlim iştirakçıları Gürcüstanı iyunun 11 –də tərk edəcəklər. /ANS PRESS/