Tiflisdə Azərbaycan dilli kitablar satılacaq
30 Dekabr 2009 Çərşənbə 13:55
Tiflisdə Azərbaycan dilli kitablar satılacaq. “Parnas” kitab mağazasında yeni stend açılıb.
Tiflis şəhərindəki “Parnas” kitab mağazasında Azərbaycan dilində nəşr olunmuş kitabların stendi açılıb.

Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, bu, təkcə Tiflisdə deyil, bütün Gürcüstanda Azərbaycan dilində kitabların satıldığı ilk belə mağazadır.

Stend mütəmadi olaraq təzə kitablarla yenilənəcək. Bu isə ilk növbədə Gürcüstanda yaşayan azərbaycanlıları, eləcə də müasir Azərbaycan ədəbiyyatını gürcü dilinə tərcümə edən tərcüməçiləri çox sevindirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar