Tiflisdə 9 mərtəbəli bina çökdü
08 Yanvar 2010 Cümə 14:20
İlkin məlumata görə, dağıntılar altında 4 nəfər qalıb
Gürcüstan paytaxtında Müdafiə nazirliyi strukturuna aid bina çöküb.
"Rustavi 2" telekompaniyasının verdiyi məlumata görə, 9 mərtəbəli binanın 5 mərtəbəsinin hansı səbəbdən dağılması hələ ki, məlum deyil. İlkin məlumata görə, dağıntılar altında 4 nəfər qalıb.

Xatırladaq ki, 2009-cu ilin aprel ayında "Rustavi 2" telekanalına məxsus 5 mərtəbəli bina çökmüşdü. Dağıntılar altında 2 nəfər qalaraq həlak olmuş, 12 nəfər isə ağır yaralanmışdı. O vaxt prezident Mixail Saakaşvili binanın hansı səbəbdən dağımasını araşdırmaq üçün 10 gün vaxt qoymuşdu. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar