Tiflis-Tehran aviareysi təxirə salınıb
01 Oktyabr 2010 Cümə 21:00
Gürcüstandan İrana uçuşlar iki həftə olmayacaq.
Tiflis-Tehran daimi hava reysləri qeyri-müəyyən səbəblərə görə iki həftəyə təxirə salınıb. Bu barədə “Airzena Georgian Airways” şirkətinin mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani bildirib.
Aviareyslərin oktyabrın 15-dən həyata keçiriləcəyi ehtimal edilir. Nino Qiorqobianinin sözlərinə görə, hazırda şirkət nümayəndələri İrandadır və bəzi detalların dəqiqləşdirilməsi üçün İran tərəfi ilə danışıqlar aparırlar.
Qeyd edək ki, bir neçə gün öncə verilən məlumatda bildirilirdi ki, Tiflis-Tehran aviareysləri oktyabrın 1-dən etibarən həftə iki dəfə həyata keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: