Tif və xoleradan ölmüş ermənilərin məzarları üzərində restoran…
22 İyul 2013 Bazar Ertəsi 23:48
Söhbət Eçmiadzin şəhərindəki bir vaxtlar sahəsi 12 hektar olmuş Nersisyan meşəsindən gedir.
Ermənistanın Eçmiadzin şəhərində tif və xoleradan ölmüşlərin dəfn edildiyi qəbristanlıq üzərində istirahət məkanları qurulub. ANS PRESS İrəvanda çıxan «Çorrord inknişxanutyun» qəzetinə istinadən bildirir ki, söhbət Eçmiadzin şəhərindəki bir vaxtlar sahəsi 12 hektar olmuş Nersisyan meşəsindən gedir. Sözügedən meşə 1915-ci ildə tif və xoleradan həlak olmuş ermənilərin məzarları üzərində salınıb. Sadəcə, Ermənistan müstəqillik qazandıqdan sonra həmin meşələrin 9 hektarı qırılıb və yalnız 3 hektarı qalıb. Hazırda həmin 3 hektar sahədə çox sayda istirahət məkanı açılıb. Lakin erməni bioloq və epidemioloqları həmin 3 hektarlıq ərazinin infeksion xəstəliklər üçün potensial mənbə olacağını bildirirlər və bölgədəki bütün bu cür məkanların bağlanmasını tələb edirlər.
DOSTLARINLA PAYLAŞ: