Təyyarəyə tələsən baş nazir yarım saat tıxacda qaldı
05 Mart 2013 Çərşənbə Axşamı 04:37
Cangüdənlərinin yolu açmaq cəhdlərinə baxmayaraq Ərdoğan yarım saat tıxacda qalıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hava limanı yolunda tıxacda qalıb. Məlumata görə, İstanbul “Dolmabahçe” sarayındakı ofisində yunan həmkarı Antonis Samarasla görüşən Ərdoğan Ankaraya getmək üçün avtomobili ilə hərəkət edib. “Atatürk” hava limanına getmək üçün “E – 5” magistral yoluna çıxan baş nazirin korteci bir müddət tıxacda qalıb. Tıxaca səbəb yolda baş vermiş nəqliyyat qəzası olub. Cangüdənlərinin yolu açmaq cəhdlərinə baxmayaraq Ərdoğanın yarım saat tıxacda qaldığı bildirilir. Qeyd edək ki, bu vaxt ərzində Ərdoğan zamanını telefonla danışaraq keçirib. Yollar açıldıqdan sonra Türkiyə baş naziri hava limanına çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar