Deutsçe Velle adlı şirkət quşların təyyarələrə vurduğu ziyyanları araşdırıb.
"Deutsçe Velle" adlı şirkət quşların təyyarələrə vurduğu ziyyanları araşdırıb.
ANS PRESS-in məlumatına görə, araşdırmalardan məlum olub ki, hər il quşların təyyarələrə çırpılması təxminən bir milyard dollar zərərə gətirib çıxarır. Bu səbəblə Amsterdam, Frankfurt və Vankuver kimi böyük aerodromlarda quşlarla mübarizə etmək üçün xüsusi qruplar xidmət göstərir. Mütəxəssislərin fikrincə təyyarələr üçün quş sürüsü ciddi təhlükə yarada bilər: "Çünki quş sürüsü ilə qarşılaşmaq mühərrikləri sıradan çıxara bilər. Mühərriklərdən birinin yararsız hala düşməsi o qədər dəhşətli deyil. Ancaq hər ikisi də sıradan çıxarsa o zaman təyyarənin qəza etməsindən söhbət etmək olar. Quş sürüləri adətən 300 metr yüksəklikdə təyyarələri qarşılayır".
Araşdırmalara görə, təyyarə eniş edərkən mühərrikə düşən quşlar məhv olur və buda mühərriki yararsız hala salır. Bu səbəblə quşların gavalimanlarından uzaq saxlamaq üçün mümkün variantlardan istifadə olunur. Məsələn, 30 santimetrə qədər uzanan çəmən və otlar quşların yemək axtarışını az qala imkansız hala gətirir. Eyni zamanda quşların liman ətrafında yuva salmaması üçün iynəli metal parçaları quraşdırılır.