Təyyarələrdə unuduan əşyaların taleyi
29 Dekabr 2010 Çərşənbə 03:55
Araşdırmaya görə, təyyarədə ən çox yağmurlu havada çətir unudulur
Sərnişinlərin stress, tələsmək və s. səbəblərlə təyyarədə yaddan unutduqları əşyalar insanların təəccüblənməsinə səbəb olur. Sahibi tapılmayan əşyalar köhnə əşya bazarında, “sahibsiz baqaj” adlı mağazada və ya hərrac yoluyla satılır. “USAir”in keçirdiyi araşdırma nəticəsində məlum olub ki, qış aylarında əsasən qəhvəyi və qara rəngli paltolar unudulur. Mənbə təyyarədə unudularaq qalan eynək sayının isə hədd-hesabı olmadığını bildirir.

“Southwest” hava yollarına aid itmiş əşyalar anbarına gətirilən məktəb zəngi isə hamını təccübləndirmişdi. Hava yollarının 1 həftə davam edən axtarışları nəticəsində zəngin aid olduğu məktəb tapılmış, məktəbin rəhbər işçilərindən birinin zəngi təyyarədə unutduğu məlum olmuşdu.

“Delta”nın keçirdiyi araşdırmaya görə, təyyarədə ən çox yağmurlu havada çətir unudulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar