Təyyarədən yıxılan pilot öldü
19 Aprel 2012 Cümə Axşamı 05:04
Hadisə pilot təyyarənin qapısını bağlamağa çalışanda baş verib.
İordaniyabnın paytaxtı Əmmandan İstanbula uçmağa hazırlaşan “Onur” hava yollarına aid “Airbus”un pilotu təyyarədən yıxılaraq ölüb. Hadisə pilot təyyarənin qapısını bağlamağa çalışanda baş verib. Məlumata görə, kapitan-pilot Olive Mester uçuşdan əvvəl təyyarəyə baxış keçirib. Belçikalı pilot kabina heyəti və sərnişinlər gəlmədən əvvəl qapılarda problem olub-olmadığını yoxlamağa çalışıb.

Açıq olan qapını örtməyə çalışan 56 yaşlı pilot yıxılaraq hava limanının beton döşəməsinə çırpılb və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan Olive Mesterin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə barədə açıqlama verən “Onur” hava yolları şirkəti çox kədərli olduqlarını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar