Venesueladan Fransaya uçan təyyarədə 1,3 ton saf kokain aşkar olunub.
Venesuelanın paytaxtı Karakas şəhərindən Parisə uçan "Air France" təyyarəsinin yük yerinə yerləşdirilmiş 30 çemodanın içində 1,3 ton saf kokain aşkar olunub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadənb verdiyi xəbərə görə, Fransa hüquq-mühafizə orqanları, qiyməti 200 milyon avro olan kokainin sentyabrın 11-də aşkar olunduğunu bildiriblər.
Dünən açıqlanan hadisə ilə məlumat verən Fransa daxili işlər naziri Manuel Valls, hadisə ilə bağlı artıq bir neçə nəfərin saxlanıldığını bildirib.
Nazirin sözlərinə görə, Karakasdan Parisə qədər diqqət çəkmədən yük yerində gələn çemodanların sahibi ortaya çıxmadığı üçün istintaq əməliyyatları hələ də davam etdirilir.
Venesuela hüquq-mühafizə orqanlarının da hadisə ilə istintaq əməliyyatlarına başladıqları bildirilir.