Təyyarədə yastıq savaşı
10 Avqust 2010 Çərşənbə Axşamı 23:10
"Lufthansa" sərnişinləri əyləncəli uçuş keçiriblər.
Almaniyanın “Lufthansa” avia şirkətinin Təl-Əvivdən Frankfurta uçan təyyarəsində sərnişinlər təyyarənin göyərtəsində yastıq savaşına çıxıblar. Bütün bu baş verənlərə isə təyyarənin stüardessası səbəb olub. Belə ki, ekonom klass bölməsində yastıqları paylamağa başlayan stüardessa işini tezləşdirmək üçün yastıqları sərnişinlərə atmağa başlayıb.

Bəzi sərnişinlərin bunu zarafat olaraq qiymətləndirməsi isə əsil yastıq savaşına səbəb olub. Bütün sərnişinlər onlara verilən yastıqları bir-birlərinə və stüradessaya atmağa başlayıblar. Bir neçə dəqiqə davam edən “müharibədə” ilk olaraq stüardessa təslim olub.

Baş verən hadisədən çox məmnun olan sərnişinlər bütün olanları gülüş və alqışlarla başa çatdırıblar. “Lufthansa” rəhbərliyinin hadisəyə necə reaksiya verməsi isə bilinmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar