Təyyarədə 7 saat ayaqüstə səyahət
24 Noyabr 2011 Cümə Axşamı 04:54
180 kiloluq sərnişin öz yeri ilə birlikdə başqasının da yerini tutub.
Amerikada bir sərnişin təyyarə ilə 7 saatlıq yolu ayaqüstə başa vurmaq məcburiyyətində qalıb. Artur Berkoviç adlı sərnişin hava yolu şirkətinə göndərdiyi e-maildə iyulun 29-da uçuş vaxtı təyyarədə çəkdiyi əziyyətlərdən yazıb.

ABŞ hava yollarına aid təyyarə ilə Alyaska ştatının Ankoric (Anchorage) şəhərindən Filadelfiyaya gedərkən yanında 180 kiloqramlıq bir sərnişin oturduğunu yazan Bekoviç öz yerindən başqa onun da yerinin yarısını tutan bu kök kişi səbəbilə ayaqüstə səyahət etdiyini bildirib.

Boş yer olmadığı üçün ayaqüstə uçmaq məcburiyyətində olduğunu yazan Bekoviç havaya qalxanda və yerə enəndə təhlükəsizlik kəməri bağlamaması səbəbilə səyahəti təhlükəli şəkildə başa vurduğunu deyib.

Qeyd edək ki, hava yolu şirkəti Artur Bekoviçdən üzr istəyib və ona 200 dollar təzminat təklif edib. Bekoviç isə təkcə bilet pulunun 800 dollar olduğunu bildirərək bu məbləğə etirazını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar