Təyyarə şeytan təkəri ilə toqquşdu
01 Oktyabr 2011 Şənbə 20:04
Karuseldə və təyyarədə olanların xilasetməsi 90 dəqiqə çəkib.
Avstraliyada yüngül çəkili şou təyyarəsi “şeytan təkəri” adlı karuselə toqquşub. Hadisə Sidney şəhərinə yaxın Old Bar adlı kənddə keçirilən festival zamanı baş verib.

Təyyarə, sükanında olan 2 nəfərlə karuselin otaqlarından birinə çırpılaraq, karuselə ilişmiş vəziyyətdə qalıb. Yaxınlıqda olan digər karusel otaqlarında isə 2-i uşaq olmaqla 4 nəfər olub.

Əraziyə gəlmiş xilasetmə xidməti uşaqları və təyyarə pilotlarını xilas etmək üçün krandan istifadə etməli olub. Təyyarənin benzin çənindən sızma baş verdiyindən hər hansı bir alışmanın qarşısını almaq məqsədilə qəza baş vermiş əraziyə su köpüyü fışqırdılıb.

Xilasetmə işləri 90 dəqiqəyə yaxın çəkib. Yerli səlahiyyətli orqanların verdiyi məlumata əsasən, karuseldə olanlar və təyyarəni idarə etmiş heyət xilas edilib, ciddi xəsarət alan olmayıb. Təyyarənin qəza səbəblərinin müvafiq araşdırmalardan sonra açıqlanacağı bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar