Təyyarə qəzaya uğradı, 4 nəfər həlak oldu
04 Fevral 2014 Çərşənbə Axşamı 08:38
“Gulfstream 690 C” təyyarəsi Kanzas ştatından Beynəlxalq Neşvil Hava limanına uçuş həyata keçirirdi.
ABŞ-ın Tenessi ştatında təyyarə qəzası baş verib. ANS PRESS-in Lenta.ru saytına istinadən verdiyi məlumata görə, hadisə Neşvil şəhəri yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində 4 nəfər var idi ki, onların da hamısı həlak olub.

Həlak olanların şəxsiyyəti barədə heç bir məluamt yoxdur. “Gulfstream 690 C” təyyarəsi Kanzas ştatından Beynəlxalq Neşvil Hava limanına uçurdu. Hadisə dünən yerli vaxtla saat 17:00 radələrində baş verib.

Şahidlər bildiri ki, pilot Beynəlxalq Gənclər Xristian Təşkilatı və Qocalar evinin binası ilə toqquşmadan canını qurtarmağa müvvəq olsa da, tikilinin təxminən 6 kilometrlik məsafəsində yerə çırpılıb. Çırpılma nəticəsində yerdə heç kim zərər çəkməyib. Amma, təşkilatın binasında evakuasiya işləri aparılıb.

Hadisənin səbəbləri haqqında məlumat verilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar