Təyyarə qəzasından 9 nəfər sağ çıxdı
11 Avqust 2014 Bazar Ertəsi 02:01
Rəsmi açıqlamaya görə, qəza nəticəsində 48 insan həlak olub.
İranda baş verən avia qəzada doqquz insan sağ qalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə mülki aviasiyadan məlumat verilib. Rəsmi açıqlamaya görə, qəza nəticəsində 48 insan həlak olub. Qəzada ölənlər arasında yeddi uşaq olduğu təsdiqlənib. Sağ qalan sərnişinlər ən yaxın xəstəxanalara çatdırılıb. Hazırda zərər çəkənlərin vəziyyəti dəqiqləşdirilir.

Ekspertlər qəzanın mühərrikin nasazlığından qaynaqlandığını düşünürlər. Qəzaya uğrayan təyyarənin pilotunun ukraynalı olduğu məlum olub.

Qeyd edək ki, hadisə Tehranın Mehrabad hava limanının şimalında baş verib. Qəzaya uğrayan təyyarə Tehrandan Təbəs şəhərinə uçuş həyata keçirib. Hadisədən sonra qəza baş verən əraziyə xilasedicilər cəlb olunub.

Qəzaya uğrayan təyyarənin 55 sərnişin tutumu olduğu deyilir. Təyyarənin "Sepahan" aviaşirkətinə məxsus olduğu bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar