Təyyarə qəzasında 23 ABŞ vətəndaşı həlak olub
17 İyul 2014 Cümə Axşamı 23:07
Bu haqda Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak deyib.
Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak Donetsk ərazisində vurulan Boinq-777 sərnişin təyyarəsinin partlaması nəticəsində 300-dən çox insanın həlak olduğu bildirib. Onlardan 23-nün ABŞ vətəndaşı olduğu deyilir.

ANS PRESS-in məlumatına görə, Şkiryak bu barədə Facebook səhifəsində yazıb.

"300-dən çox günahsız insan həlak oldu. ABŞ-ın 23 həlak olmuş vətəndaşı haqqında məlumatlar var", - deyə o qeyd edib.

Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən "Malayziya hava yolları" şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində 285 sərnişin və 15 ekipaj üzvü olub.

Qeyd edək ki, təyyarə Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirirmiş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar