Təyyarə qəzası zamanı inanılmaz möcüzə
22 May 2010 Şənbə 11:35
Təyyarə qəzası zamanı inanılmaz möcüzə. Külə dönən laynerdən 8 nəfər sağ çıxıb.
Bu gün səhər saatlarında Hindistanın cənubunda yerləşən Manqalor şəhərində qəzaya uğrayan “Air India Express” aviaşirkətinə məxsus təyyarədə “Boinq 737-800” təyyarəsinin göyərtəsində olan sərnişinlərdən 8 nəfəri sağ qalıb.
Bu barədə Mumbaidə dövlət aviaşirkətinin nümayəndəsi Anup Şrivastav jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində sağ qalanlar təcili olaraq xəstəxanaya çatdırılıb. O həmçinin bildirib ki, laynerin göyərtəsində 166 nəfər olub - 160 sərnişin və 6 ekipaj üzvü.
"Sərnişinlər arasında dörd uşaq olub", - deyə o əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl 6 nəfərin sağ qaldığı vurğulanırdı.
Kütləvi informasiya vasitələrinin hadisə şahidlərinə istinadən yaydıqları xəbərlərə görə, Dubay şəhərindən Manqalora uçan layner yerə eniş edən zaman qəzaya uğrayıb. Belə ki, həmin vaxt təyyarənin sol qanadı hələ ki, məlum olmayan səbəblərdən alışıb yanmağa başlayıb.
Hindistanın baş naziri Manmoxan Sinqx və hakim partiyanın lideri Sonya Qandi qəzada ölənlərin yaxınlarına başsağlığı veriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: