Təyyarə oğrusu 41 ildən sonra yaxalandı
12 Oktyabr 2009 Bazar Ertəsi 09:00
Luis Soltren 1968-ci ildə törədilən oğurluqda ittiham olunur
Birləşmiş Ştatlarda qəribə hadisə baş verib. Belə ki, Nyu-Yorkda hüquq-mühafizə orqanlarının 41 il axtardığı Luis Armando Pena Soltren yaxalanıb. O, 1968-ci ildə sərnişin təyyarəsinin oğurlanmasında iştirakda ittiham olunur.
Amerikanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, Soltren bütün bu illər ərzində Kubada gizlənib. İndi o, çərşənbə axşamı Manhettan federal məhkəməsi qarşısında cavab verməli olacaq.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: