Təyyarə kompüterə görə təcili eniş etdi
10 Avqust 2014 Bazar 09:44
Türkiyə Hava Yolları təyyarəsi naməlum kompüter səbəbilə təcili eniş edib. Hadisə Brüssel-İstanbul səfərini həyata keçirən təyyarədə baş verib.
Türkiyə Hava Yolları təyyarəsi naməlum kompüter səbəbilə təcili eniş edib.
ANS PRESS-in məlumatına görə, hadisə Brüssel-İstanbul səfərini həyata keçirən təyyarədə baş verib. Sofiya hava limanına təcili eniş edən təyyarədə Bolqarıstanda yoxlamalar aparılıb.
Bolqar təhlükəsizlik orqanları təyyarədə hər hansı bir bomba olmadığını və şübhəli cihazın idarəsi zamanı sərnişinlərin bir müddət üçün təyyarədən evakuasiya edildiyini açıqlayıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib.
Nazirlikdən bildirilib ki, təhlükəli bir vəziyyət olmadığından təyyarənin İstanbula doğru səfəri davam etdirilib.
DOSTLARINLA PAYLAŞ: