Təyyarə avtobanda
18 Aprel 2010 Bazar 14:40
Yararsız vəziyyətə düşən təyyarədən restoran kimi istifadə olunacaq.
Enmə zamanı zədələndiyi üçün 10 ildir Türkiyə Hava Yollarının anqarında saxlanılan təyyarə bir iş adamı tərəfindən satın alınıb. Restoran kimi istifadə olunmaq üçün İstanbula yük maşını ilə aparılan təyyarəni avtomobil yolunda görmək insanların təəccübünə səbəb olub.
İngiltərə istehsalı olan “RJ 70” təyyarəsi 2000-ci ildə enmə zamanı uçuş zolağından çıxaraq yararsız vəziyyətə düşüb. Uzun müddətdir anqarda saxlanılan təyyarəni alan iş adamı onun qanadları və gövdə hissəsini ayrı-ayrı hissələrə ayıraraq daşımaq qərarına gəlib. Aksaraydan İstanbula aparılacaq təyyarə yük maşınları ilə 800 kilometr məsafə qət etməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: