Təxribatçılar Moskvada yeni iğtişaşların olacağını bildiriblər
17 Dekabr 2010 Cümə 16:50
Sabah millətçilər və fanatların iştirakı ilə kütləvi aksiya olacaq
Şənbə günü- dekabrın 18-də Rusiyanın paytaxtı Moskvada millətçilər və fanatların iştirakı ilə yeni kütləvi nümayişlərin olacağı gözlənilir. Məlumata görə, onlar Moskva saatı ilə saat 15:00-da “Ostankino” telemərkəzinin qarşısında yığışmağı planlaşdırıblar.

Xatırladaq ki, dekabrın 15-də Moskvada millətçi ruslar kütləvi nümayiş keçirməyə cəhd ediblər. Moskva milisi səhər saatlarından paytaxtın mərkəzində nəzarəti gücləndirsə də, iğtişaşlarının qarşısını almaq mümkün olmayıb. Axşam saatlarından Kiyev vağzalı ətrafına toplaşan və armaturlarla silahlanan gənclər milisin və daxili qoşun hissələrinin yaratdığı mühafizə zəncirini qismən yara bilib. Nəticədə 5 nəfər xəsarət alıb. Milis 300 nəfəri saxlayıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi Viktor Biryukovun sözlərinə görə, saxlanılanların hamısı ayrı-ayrı diasporaların və radikal qrupların üzvləridir. O, kiçik toqquşmaların baş verdiyini desə də, genişmiqyaslı qarşıdurmanın baş vermədiyini və milisin vəziyyəti nəzarətdə saxladığını bildirib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar