Tərsinə axan şəlalə. Möhtəşəm hadisə Avstraliyada baş verib .
Avstraliyada hava şəraiti möhtəşəm görütülərin əldə olunmasına səbəb olub. Belə ki, axan şəlalələr şiddətli küləyin təsiri nəticəsində yuxarı istiqamətdə axıb.
Sürəti saatda 130 kilometrə çatan küləklər Avstraliyanın cənubunda şəlalələri aşağı istiqamətə axmaq əvəzinə əks istiqamətdə yuxarı sovurub.
Bu arada BBC məlumat verir ki, Sidneydə bir ayda yağmalı olan yağışlar ötən həftə bir gündə yağıb. Hazırda qış mövsümünü yaşayan Avstraliyada təbii fəlakət nəicəsində 25 nəfər dünyasını dəyişib. ANSPRESS