Terrorda şübhəli bilinən azərbaycanlı azad edildi
07 Dekabr 2009 Bazar Ertəsi 17:15
O, "Nevski Ekspress" qatarında baş vermiş partlayışla bağlı həbs olunmuşdu
Moskva - Sankt-Peterburq reysi ilə hərəkət edən "Nevski Ekspress" qatarında baş vermiş partlayışla bağlı həbs olunan azərbaycanlı azadlığa buraxılıb. Bu barədə “Exo Moskvı” radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Solneçnoqorski rayonunda milliyətcə azərbaycanlı Zaur Quliyevin evinə basqın edən xüsusi təyinatlı milis dəstəsi mənzildə olan iki çeçeni də həbs edib. Zaur Quliyev azadlığa buraxılsa da, həbs olunmuş Əmirxanov qardaşlarının üzərindən narkotik maddə çıxdığından onlar saxlanılıb.

Moskva vilayətinin baş istintaq idarəsinin rəis müavini də, Əmirxanov qardaşlarının həbsini təsdiqləyib.

Xatırladaq ki, Moskva - Sankt-Peterburq reysi ilə hərəkət edən "Nevski Ekspress" qatarında baş vermiş partlayış nəticəsində 26 nəfər ölüb, yüzə yaxın insan yaralanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar