Terrorçuları qıcıqlandıran səfər
04 İyul 2010 Bazar 21:05
Co Baydenin İraqa səfəri terror aktları ilə müşahidə olunub
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti İraqa səfər edib. Səfərin əsas məqsədi İraqda hökm sürən qeyri-stabil şəraitin tez bir zamanda həll olunmasıdır. ABŞ-ın vitse-prezidenti artıq İraqın baş naziri Nuri-əl Maliki və onun seçkilərdəki rəqibi Ayad Ələvi ilə görüş keçirib. Bundan başqa Co bayden İraqdakı Amerika hərbçiləri ilə də görüşüb.
Bu arada son günlər partlayışların qeydə alınmadığı İraqda ABŞ nümayəndəsinin ölkəyə səfəri ilə əlaqədar olaraq terror aktları yenidən baş qaldırıb. Belə ki, ölkənin Anbar əyalətində terrorçu kamikadze tərəfindən partlayış törədilib. Kamikadze əynindəki şəhid kəmərini əyalət qubernatorunun qəbul otağında işə salıb. Partlayış nəticəsində ən azı iki nəfərin öldüyü xəbər verilir. Daha 40 nəfər isə ağır yaralanıb. Ölən və yaralananlar arasında hüquq-mühafizə orqanları əməkdaşlarının olduqları da bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: