Terrorçular Türkiyədə partlayış törətmək istəyirmiş
14 Aprel 2009 Çərşənbə Axşamı 22:40
Saxlanılan şəxslərin bəzi inzibati binalarda partlayış törətmək istədiyi və bu məqsədlə kəşfiyyat apardıqları bildirilib

Türkiyənin İzmir şəhərində partlayış törətməyə hazırlaşan PKK terror təşkilatının iki üzvü saxlanılıb. İzmir polisinin keçirdiyi əməlıiyyat nəticəsində saxlanılan şəxslərin evində aparılan araşdırmalar zamanı 1 kiloqramlıq əldəqayırma partlayıcı maddə müsadirə edilərək ərazi kriminal laboratoriyasına göndərilib. Saxlanılan şəxslərin bəzi inzibati binalarda partlayış törətmək istədiyi və bu məqsədlə kəşfiyyat apardıqları bildirilib. Hazırda faktla bağlı araşdırmalar davam edir. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar